1 May 2017 00:13
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada ifrat sağçı Milli Cəbhə partiyasının nümayəndəsi Marion Marekal-Le Pen Marine Le Penin prezident seçiləcəyi təqdirdə eynicinslərin evliliyini nəzərdə tutan qanun layihəsinin müzakirədən kənarlaşdıracağını bildirib.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Marekal-Le Pen Sosialist Partiyası hökuməti tərəfindən hazırlanan qanun layihəsinin seçildikləri təqdirdə dərhal gündəmdən çıxarılacağını qeyd edib.

Milli Cəbhə üzvlərindən bir neçə nəfərin də homoseksual olması bu partiyanın rəhbərliyini daim narahat edib.

Fransada aprelin 23-də keçirilən seçkilərdə Le-Pen 11 namizəd arasında ikinci sırada gəlir. Le Pen və Emmanuel Macron arasında 7 mayda keçiriləcək seçkinin ikinci turunda qalib müəyyən ediləcək.

Ruslan


Müəllif:

Oxşar xəbərlər