3 May 2017 10:16
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada daha bir rus zabiti öldürülüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Öldürülən şəxs Rusiyanın hərbi müşaviri, polkovnik-leytenant Aleksey Buçelnikovdur. O, Suriya hərbi bazasının atəşə tutulması zamanı aldığı güllə yarasından dünyasını dəyişib.

Qeyd olunub ki, rusiyalı polkovnik Suriya hərbi bazasında artilleriya bölüyünə təlim keçmək üçün bu ölkəyə göndərilib.

Bununla da Suriyada öldürülən rus əsgərlərin sayı 32-yə çatıb.

Samir


Müəllif:

Oxşar xəbərlər