3 May 2017 11:20
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində qarşıdurmalar güclənib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin indiki rəhbərliyinə müxalifətdə olan partiya fəalları fövqəladə qurultayın keçirilməsini tələb edirlər.

Artıq CHP sədri Kamal Kılıcdaroğlu bəyan edib ki, partiyanın əleyhinə iş aparmağa əsla icazə verməyəcək və bunu etmək istəyənləri lazım gəlsə, qapının arxasına qoyacaq.

Qeyd edək ki, CHP-nin sabiq sədri, hazırda deputat olan Dəniz Baykal Kamal Kılıcdaroğlunu nəzərdə tutaraq “2019-cu ildə prezidentliyə namizəd olmayacaqsa, fövqəladə qurultay çağır” mesajını vermişdi. Bunun ardınca CHP daxilində müzakirələr açılıb. CHP-nin digər deputatı Məhərrəm İncə də fövqəladə qurultayın çağırılmasını tələb edib. CHP-nin Mersin millət vəkili Fikri Sağlar da bu tələblərə qoşulub.

CHP-də müxalifətinin aktivləşdiyini və tələblər səsləndirməsinə Kamal Kılıcdaroğölunun reaksiyası sərt olub:

“Yüzdə 49% səs toplamaq demokratiyanın faydasıdır. Qarşıdakı dövr üçün biz əldə etdiyimiz 49 faiz səsi böyütməyə çalışacağıq. Bu ölkənin seçicilərinin yarısı demokratiya üçün nümunə ortaya qoydu. Bu, bizim üçün qiymətlidir. Bunu qorumaq hər bir CHP üzvünün vəzifəsidir. Partiyamızın əleyhinə fəaliyyət göstərmək istəyənlərə əsla imkan vermərik. Bunun üçün lazım gəlsə, həmin şəxsləri qapının arxasına qoyarıq. CHP-nin daxili savaşlar partiyası olaraq görünməsinə imkan vermərik”.

Qeyd edək ki, ötən gün CNN Türk-ə danışan Dəniz Baykal bəyan edib ki, əgər Kamal Kılıcdaroğlu namizəd olmayacaqsa, geri çəkilsin. CHP-nin 2019-cu ildə prezidentliyə namizədini partiyanın qurultayı həm də təşkilatın sədri olaraq müəyyən etsin”.

Cavad


Müəllif:

Oxşar xəbərlər