Teleqraf.com xəbər verir ki, bu bəyanatla Dəməşqdə mətbuat konfransı keçirən Suriya Xarici İşlər naziri Valid Müəllim çıxış edib. O, Suriya kürdləri deyərkən YPG-ni nəzərdə tutub.
Nazir həmçinin müxalifətin Türkiyə, Rusiya və İran arasında Suriyaya dair əldə edilən razılaşmanın şərtlərini yerinə yetirəcəyi təqdirdə rəsmi Dəməşqin də bu razılaşmaya sadiq qalacağını bildirib.
Suriya ərazisində yaradılması nəzərdə tutulan təhlükəsizlik bölgələrində BMT və digər beynəlxalq qurumların rol almayacağını bildirdən Valid Müəllim əlavə edib ki, Cenevrə sülh danışıqları prosesində irəliləyiş yoxdur.
Sonda Valid Müəllim söyləyib ki, İordaniya qüvvələrinin Dəməşqlə koordinasiya edilmədən Suriya ərazilərinə daxil olmasını təcavüz kimi qiymətləndirəcəklər:
“Ancaq Suriya hökuməti İordaniya ilə qarşı-qarşıya gəlmək niyyətində deyil”.
Cavad