Spletnik.ru xəbər verir ki, eks-model və müğənni Karla yeni mahnı yazdırıb və “French Touch” albomunu hazırlayır. O hətta “Enjoy the silence” adlı mahnısına klip də çəkdirib. Bruni müsahibəsində ölkənin birinci xanımı olduğu dövrdən ötrü darıxmadığını deyib:
“Məni yanlış anlamayın. Bu, mənim üçün böyük şərəf idi. Birinci xanım olduğum dövrlə bağlı xoş xatirələrim var. Ancaq o dövr üçün darıxmıram. Çünki özünə vaxt qalmırdı”.
Karla Bricit Makrona birinci xanımlıq dövründə uğurlar arzulayıb:
“Mən onunla tanış deyiləm. Ancaq onlar çox xoş insanlardır. Tanımadığın birinə hansısa məsləhət vermək çox çətindir. O, çox ağıllı və ziyalı biridir. Düşünürəm ki, hər şeyin öhdəsindən gələcək”.
(Axşam.az)