25 May 2017 22:16
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın sabiq Baş naziri Lukas Papadimosun avtomobilində baş verən partlayış nəticəsində 4 nəfər yaralanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ağır yaralanan Papadimos xəstəxanaya çatdırılıb.

Onun həyatı üçün təhlükənin olmadığı bildirilir. Polisin məlumatına görə, avtomobildə minalanmış paket partlayıb. Sabiq Baş naziri müşayiət edən 3 nəfər də yaralanıb.

Newsit.gr xəbər verir ki, hadisə terror aktı ola bilər. Partlayış sabiq Baş nazirin hansısa paketi açdığı zaman baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər