2 İyul 2017 21:53
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna təhlükəsizlik xidməti (SBU) keçən həftə baş vermiş kiberhücuma görə Rusiyanı ittiham edib.

Teleqraf.com "Unian.net"ə istinadən xəbər verir ki, SBU Rusiyanın bu cinayətdə əlaqəsinin olduğunu sübütlayan dəlillər əldə etdiyini bildirib.

Rəsmi Moskva hücumla əlaqələri olduğuna dair iddiaları təkzib edərək "əsassız" adlandırıb.

Ukraynada yayılan virus kompüterləri donduraraq rəqəmsal və izləməsi mümkün olmayan Bitcoin valyutası ilə ödəniş tələb edir.

Lakin kiberhücum həmçinin Rusiyanın böyük şirkətlərinə də yayılıb. Bu səbəbdən bəzi kibermühafizə təhqiqatçıları hücumun arxasında Rusiyanın olduğunu düşünmürlər.

SBU pul ödənişi tələbinin sadəcə virusun əsl məqsədini gizlətmək üçün istifadə edilən üsul olduğunu deyib. SBU virusun əsl məqsədinin dövlət və özəl şirkətlərin fəaliyyətlərini məhdudlaşdırmaq və siyasi sabitliyi pozmaq olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər