3 İyul 2017 16:15
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda amerikalıların 57 faizi Prezident Donald Trampdan narazıdır. İyunda isə bu göstərici rekord həddə – 60 faizədək yüksəlmişdi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Gallup International” sosioloji xidmətinin keçirdiyi sorğuda bildirilir.

Qeyd olunur ki, hazırda ABŞ prezidentini ölkə vətəndaşlarının cəmi 37 faizi dəstəkləyir.

Demokratlar Partiyasından olan ABŞ prezidentləri Barak Obama və Bill Klintondan narazılıq səviyyəsi heç vaxt 38 və 37 faizdən o tərəfə keçməyib. Respublikaçı kiçik Corc Buşun reytinqi isə cəmi bir dəfə 25 faiz həddinə enib.

Mütəxəssislər qeyd edirlər ki, Tramp hakimiyyətə gələndən sonrakı 4,5 ay ərzində reytinqi 60 faizədək aşağı düşən yeganə ABŞ prezidentidir.

Sorğuda 1,5 min insan iştirak edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər