Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, yerli icra nümayəndəsinin bu hərəkəti ölkədə böyük səs-küyə səbəb olub. Kris Kristie adlı məmur "Island Beach State Park"ının müvəqqəti bağlanmasına dair qərar qəbul edib. Amma jurnalistlər Krisin ailəsilə həmin çimərlikdə dincəldiyi barədə məlumat əldə ediblər və dərhal onu hadisə yerində "yaxalayıblar".
Hazırda ABŞ ictimaiyyəti məmurun ailə maraqları üçün xalq əleyhinə qərar qəbul etməsini müzakirə edir. Rəsmi qurumlar hələ ki, məsələ ilə bağlı mövqe bildirməyiblər.