Teleqraf.com-un məlumatına görə, bunu ABŞ-ın müstəqillik bəyannaməsinin qəbulunun növbəti ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən diplomatik missiya başçısının müavini Linn Treysi bildirib.
“Səfir Tefft Rusiyadakı missiyasını başa çatdırır, o və xanımı Mariella Moskvanı payızın əvvəlində tərk edəcəklər”, deyə diplomat bildirib.
Linn Treysi ABŞ dövlət katibi Reks Tillersonun müraciətini oxuyub. Dövlət katibi müraciətdə uzun illər ərzindəki xidmətinə görə səfirə təşəkkürünü bildirib.
Öz növbəsində Tefft diplomatik sahədə xidmət etməyin çox gözəl olduğunu bildirib. O, həmçinin rusiyalılara sərf etdikləri əmək və verdikləri dəstək üçün minnətdarlığını çatdırıb.