Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir çox dinc sakinin ağır xəsarət alması da danılmazdır.
Mən tərəfləri bu münaqişəni tezliklə həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırıram. Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır. Münaqişəni həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul edibdir”.