Gürcüstan Müdafiə Nazirliyi sovet atıcı silahlarını ABŞ istehsalı olan silahlarla, xüsusilə də M4 tüfəngləri və M240 pulemyotları ilə əvəzləməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Interpressnyus” portalı Gürcüstan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, silahlar ABŞ-dan Gürcüstana ayrılması nəzərdə tutulan maliyyə yardımı hesabına alınacaq.