17 İyul 2017 13:24
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Vaşinqtonun rus diplomatları ilə bağlı qəbul etdiyi qərara cavab verəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev deyib.

Onun sözlərinə görə, Moskvanın başqa çıxış yolu yoxdur:

"Bu, bizim seçimimiz deyil. Onlar bizi buna məcbur edirlər. Beynəlxalq cəmiyyət də ABŞ-ın bu kimi addımlarına sakit qalmamalıdır".

Qeyd edək ki, ABŞ rus diplomatların bu ölkəyə qayıtması ilə bağlı qanun layihəsini rədd etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər