18 İyul 2017 19:21
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qəzvin şəhərində yerləşən "Abyek" hərbi bazasında silahlı insident baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hərbi bazada xidmət edən əsgərlərdən biri 3 yoldaşına atəş açıb.

Hadisədən sonra əsgər intihar edib.

Məlumatlara görə, əsgər Sasan Xəlili komandirlərindən hərbi xidmətinin qalan hissəsinin doğma şəhərində keçirilməsinə şərait yaradılmasını tələb edib.

Buna mənfi cavab alan Xəlili əsgər kazarmasına daxil olaraq əlindəki tüfənglə həmkarlarının üstünə atəş açıb. Bir neçə saniyə çəkən atəş nəticəsində 3 əsgər yerindəcə həlak olub, 6 nəfər isə yaralanıb.

Hərbi xidmət şəraitindən narazı olan əsgər Sasan Xəlili həmkarlarını atəşə tutduqdan sonra özünü qarın nahiyəsindən güllələyib. Yaralı əsgərlər helikopterlə Qəzvin xəstəxanalarından birinə çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.


Müəllif: Samir

Oxşar xəbərlər