Teleqraf.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə anti-terror qərargahının mətbuat mərkəzindən bildirilib.
Son gün ərzində Ukraynanın Donbas bölgəsində yaradılan separatçı qurumların hərbi birləşmələri Ukrayna anti-terror güclərinin mövqelərinə 11 dəfə atəş açıb.
Qnutovo və Şirokinoda yerləşən mövqelərin atəşə tutulması nəticəsində bir Ukrayna hərbçisi ölüb, 2-si yaralanıb.
Xatırladaq ki, iyulun 19-da baş verən döyüşdə səkkiz Ukrayna hərbi qulluqçusu həlak olub, biri isə əsir düşüb.