Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Can rayonunda baş verən zəlzələnin ocağı 14,55 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində dağıntının və tələfatın olmadığı bildirilib. Zəlzələdən dərhal sonra insanlar həyətə axışsa da, qısa müddət sonra yenidən evlərinə qayıdıblar.
Qeyd edək ki, ötən gün Bodrumda 6,6 bal gücündəki zəlzələ ölkədə təşvişə səbəb olmuşdu.