Teleqraf.com xəbər verir ki, Saakaşvili Feysuk səhifəsində Poroşenko ilə sonuncu dəfə mayda Maltada görüşdüyünü və bu zaman hədələrə məruz qaldığını bildirib: "Məni hədələdi. Dedi ki, siyasi fəallığımı azaltsam, parlament seçkilərində fraksiyaya sahib olaram. Mən onun hədələrinə gülüşlə reaksiya verirdim".
Xatırladaq ki, P. Poroşenko M. Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum olunmağı ilə bağlı fərman imzalayıb.