30 İyul 2017 20:28
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairin keçmiş baş naziri Reda Malik 86 yaşında dünyasını dəyişib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Reda Malik uzun sürən ağır xəstəlikdən sonra dünən gözlərini əbədi yumub.

Reda Malik ölkənin milli azadlıq hərəkatının liderlərindən olub. O, həm də baş redaktor kimi ölkənin müstəqilliyi uğurunda mübarizə aparıb. Fransa ilə Evian sazişlərinin imzalanmasında yaxından iştirak edib. O, 1993-1994-cü illərdə Əlcəzair hökumətinə rəhbərlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər