Həm ölkəmiz, həm dünya hər gün qadına şiddət və zorakılıq hadisələri ilə çalxalanır. Cinayətkarlara nə cəza verilirsə verilsin heç biri tam mənada çəkindirici olmur. Bu halda hər bir qadın özünə görə bəzi tədbirlər görməyə çalışır.
Moderator.az bildirir ki, Cənubi Afrikalı Doktor Sonnet Ehlers ölkəsində baş verən zorakılıq hadisələrindən həddindən artıq sıxılıb və bu qadınlar üçün xüsusi prezervativ kəşf edib.
Özəl prezervativin üzərində diş şəklində qarmaqlar var. Nə bu qarmaqlar, nə də ki, prezervativ istifadə zamanı qadınlara heç bir rahatsızlıq vermir. Bu diş şəklindəki qarmaqlar təcavüz zamanı kişinin cinsi orqanına ilişib qalır. Təcavüz edən şəxs özü bu prezervativi çıxarmağa çalışması isə dişlərin daha çox batmasına səbəb olur.
Rape axe-nin tibbi müdaxilə olmadan çıxarılması mümkünsüz hala gəlir. Təcavüz edən şəxs tualet ehtiyacını ödəmək istərkən belə böyük ağrı yaşayacaq. Və təcavüzcü nəhayət xəstəxanaya getmək məcburiyyətində qalacaq, blə olan təqdirdə də təbii ki, dərhal həbs olunacaq.