Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Argentina hökuməti Maduronun fəaliyyətinin “Xilaskar San-Martin” ordeninin şərəfinə uyğun gəlmədiyini bəyan edib.
Argentina hökuməti N.Maduronu insan haqlarını kobud surətdə pozmaqda ittiham edir.
Qeyd edək ki, bu orden Argentinanın milli qəhrəmanı general Xose de San-Martinin şərəfinə 1943-cü ildə təsis olunub.