16 Avqust 2017 01:13
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda daha 3 nəfər edam edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər narkotik maddələrin satışı və qaçaqmalçılığında, eləcə də qətldə günahlandırılırlar.

Məlumata görə, narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Həmzə Rəhimpur və Abbas Suqi avqustun 8-i sübh saatlarında İranın Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib.

Qəsdən adam öldürmədə günahlandırılan və 5 ildir həbsdə saxlanılan 38 yaşlı Tohid Həqmuradi avqustun 10-da Şimali Xorasan əyalətinin Şirvan şəhərinin həbsxanasında dar ağacından asılıb.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur.


Müəllif: Səxavət

Oxşar xəbərlər