Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almanyada yaşayan türklərə səslənərək, onları bu ölkədəki üç partiyaya səs verməməyə çağırması alman siyasətçilərin etirazına səbəb olub.
Teleqraf.com "CNN Türk"ə istinadən xəbər verir ki, Almanya Kansleri Angela Merkel federal seçkilərəTürkiyədən müdaxilə edilməsinə dözüm nümayiş etdirməyəcəklərini bildirib.
Herfordda partiyasının mitinqində çıxış edən Merkel "Türkiyə kökənlilər də daxil olmaqla bütün Almaniya vətəndaşlarının azad seçim haqqı vardır. Heç bir müdaxiləyə dözüm göstərmək fikrimiz yoxdur".