20 Avqust 2017 16:06
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti prezident Həsən Ruhaninin təklif ediyi 17 namizəddən 16-sına etimad göstərib, energetika naziri postuna namizədliyi irəli sürülən Həbibulla Bitərəfin namizədliyi dəstəklənməyib.

Teleqraf.com Press TV-yə istinadla xəbər verir ki, yeni kabinetdə neft naziri Bican Namdar Zənqane, xarici işlər naziri Məhəmməd Cavad Zərif, daxili işlər naziri Əbdülrza Rəhmani, informasiya naziri (xüsusi xidmət orqanlarının rəhbəri) ayətulla Mahmud Ələvi öz postlarını qoruyublar. Hökumətdə 7 yeni nazir təmsil olunacaq. Müdafiə naziri postuna isə əvvəl nazir müavini olmuş Əmir Hatəmi təsdiqlənib. Elm, tədqiqatlar və texnologiyalar naziri vəzifəsi boş qalıb.

Qanuna görə, hər bir nazir barəsində parlament üzvləri etimad rəyi verməlidir. Dəstəklənməyən namizədə gəlincə, qanunverici orqana 3 ay müddətinə yeni namizəd irəli sürülməsi üçün vaxt verilir.
Qeyd edək ki, 68 yaşlı Həsən Ruhani mayın 19-da keçirilmiş prezident seçkilərində ikinci müddətə prezident seçilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər