Amerikalı alimlər qida məhsulları və kosmetik vasitələrin yararlılıq müddətini müəyyən edən etiketlər hazırlayıblar.
Teleqraf.com-un məlumatına görə, etiketlər xüsusi maddə ilə işlənmiş kağızdan hazırlanıb. Potensial təhlükəli kimyəvi birləşmələrlə qarşılıqlı təsir zamanı həmin maddə rəngini dəyişir.
İxtiraçı Silvana Andresku bildirib ki, bu etiketləri müxtəlif məqsədlər, eləcə də qidada olan təhlükəli bakteriyaların aşkarlanması üçün istifadə etmək olar.
Etiketlərin sınaqdan keçirilməsi zamanı alimlər onların köməyilə kif göbələklərinin istehsal etdiyi və taxıl, qəhvədə tez-tez rast gəlinən zəhərli okratoksin A maddəsinin olduğunu aşkar edib.
Alimlər ümid edirlər ki, etiketlər bağırsaq çöpü, salmonella və digər təhlükəli mikroorqanizmləri də aşkar edə biləcək.