Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dünən Asiya Oyunları keçiriləcək paytaxt olimpiada şəhərciyinə vertolyotla gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şəhərciyin yol-magistral infrastrukturuna baxış keçirən prezident vertolyot meydançasına velosipedlə qayıdıb.
Qurbanqulu Berdiməhəmmədov paytaxt Aşqabadı avqustun 15-də vertolyot bortundan gözdən keçirib və paytaxt yollarının abadlaşdırılması vəziyyətindən narazı qalıb. Dövlət başçısı avqustun 18-də hökumət iclasındakı çıxışında məmurları inşaat işləri zamanı avtomobillərin parklanmasını nəzərə almadıqlarına görə töhmətləndirib.
Türkmən prezidenti Olimpiada şəhərciyindən ayrılandan sonra vertolyotla yeni tikinti işləri gedən əraziyə uçub.