İranın Suriyada və Livanda güclənməsinə imkan verməyəcəyik.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.
Nazir paytaxt Tel-Əvivdəki rəsmi toplantıda çıxışı zamanı bəyan edib ki, İranın Suriyada və Livanda yaratmağa çalışdığı yeni gerçəkliyə İsrail təslim olmayacaq: "İran SEPAH-ın hesabına Suriya torpaqlarında hava və dəniz bazaları yaratmağı, şiə milislərinin gücüylə Livanda yeni silahlar istehsal etməyi planlaşdırır. İsrail buna səssiz qalmayacaq".
Ötən gün İsrail baş naziri Benyamin Netanyahunun Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də İran məsələsi müzakirə olunub.
Netanyahu İranın Suriyada güclənməsindən narahatlığını ifadə edib: "Bu vəziyyət İsrail, Yaxın Şərq və bütün dünyaya təhlükədir".