ABŞ Prezidenti Donald Trampın xələfi Barak Obama ilə birgə fotosu yayılıb.
Teleqraf.com xəbər verir ki, fotoda Trampın sürəti rəngli, Obamanın fotosu isə rəngsiz verilib.
Bu foto ilə həm də avqustun 21-də Günəşin tutulması xarakterizə edilib. Başqa sözlə, məcazi mənada fotoda günəşin tutulma anı Barak Obama, günəşin işıq saçma anı isə Donaald Trampla əlaqələndirilib.
Jerry Travone adlı Twitter istifadəçisinin paylaşdığı fotoda Barak Obamanın qara və ağ fotoşəkilləri fonunda Tramp rəngli fotoşəkli diqqəti çəkir
Ən maraqlısı isə odur ki, yayılan fotunun altında “bu günə qədər ən yaxşı günəş tutulması” fikri yer alıb.