Qırğızıstan Prezidenti Almazbek Atambayev baş nazir və Nazirlər Kabineti üzvlərinin təyin edilməsi haqda sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Yeni baş nazir Sapar İsakov Qırğızıstan Prezident Aparatının rəhbəri olub. O, 1977-ci ildə Bişkekdə doğulub.
Avqustun 25-də Qırğızıstan parlamenti növbədənkənar iclasında səs çoxluğu ilə yeni baş nazir və hökumət üzvlərinin namizədliyini dəstəkləyib.
Qırğızıstanın sabiq baş naziri Sooronbay Jeenbekov prezident seçkisində iştirak etməsi səbəbindən avqustun 22-də postunu tərk etməli olub. Parlamentin razılıq verdiyi yeni hökumətin tərkibində əsas nazirliklərin başçıları öz postlarında qalıblar.