29 Avqust 2017 14:19
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko ilin əvvəlindən indiyədək 27 nəfərin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı əmr imzalayıb.

Teleqraf.com xəbər verir ki, bunu dövlət başçısının parlamentdəki nümayəndəsi İrina Lutsenko bildirib.

O qeyd edib ki, 27 nəfərin vətəndaşlıqdan məhrum edilmə səbəbləri Odessa vilayətinin eks-qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi səbəbləri ilə eyniyyət təşkil edir. “Bu şəxslər hamısı vətəndaşlıq alarkən qeyri-düzgün məlumatlar təqdim ediblər. 2017-ci ildə anketlərinə yalan məlumat daxil edənlərin sayı ümumilikdə 28 nəfər olub. Onların hamısı ilə bağlı prezident eyni addımı atıb”, - deyə Lutsenko “Beşinci kanal”ın efirində bildirib.

Onun sözlərinə görə, Poroşenkonun Saakaşvili barədə düşünməyə vaxtı yoxdur: “Yaxşı olardı ki, o (Saakaşvili – red.) hamıdan ədalətli olduğunu və öz günahsızlığını Gürcüstan məhkəməsi qarşısında sübut edəydi. Bu, ona qarşı cinayət işinin olmaması ilə sübut olunardı”.

M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ildə Gürcüstan vətəndaşlığından məhrum edildikdən sonra alıb. Gürcüstanda eks-prezidentlə bağlı bir neçə cinayət işi açılıb. Tiflis Saakaşvilinin ekstradisiyası ilə bağlı iki dəfə Kiyevə müraciət edib, lakin rədd cavabı alıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər