İran ağır qırıcı təyyarələr istehsal etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri general Əmir Hətami bildirib.
“Ağır döyüş təyyarələrinin istehsalına başlamağı planlaşdırırıq. Artıq hazırlıq işləri aparılıb və ilkin araşdırmalar başa çatıb. İran strateji hərbi-hava qüvvələrini inkişaf etdirməlidir”, - deyə nazir bildirib.
müdafiə naziri qeyd edib ki, İran hava hücumundan müdafiə sistemlərinin hazırlanmasında inkişafa nail olub: “İran ekspetləri tərəfindən layihələndirilmiş və hazırlanmış “Bavar-373” raket sisteminin 85 faizdən çoxu hazırdır”.