30 Avqust 2017 01:42
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Baş naziri Turnbull Şimali Koreyanın bölgədəki sülh və sabitliyi təhdid edən ballistik raket sınaqlarının qəbuledilməz olduğunu bəyan edib.

Teleqraf.com xarici mediaya istinadən bildiri ki, baş nazir bu sınaqlara görə Pxenyanı sərt qınayıb:
“Şimali Koreya Yaponiya üzərindən keçərək Sakit okeana düşən ballistik raket sınağı həyata keçirib. Bu təhlükəli rejimin təhrikedici və qorxuducu davranışıdır”.

Pxenyanın reallaşdırdığı sınağın regionda sülh və sabitliyi təhdid etdiyini, bunun qəbul olunmazlığını vurğulayan Baş nazir Turnbull Şimali Koreyanın nüvə proqramını inkişaf etdirməklə BMT Təhlükəsizlik Şurasının qərarlarını pozduğunu elan edib.

Avstraliya Baş naziri Pxenyan rəhbərliyinə qarşı ciddi təzyiqləri vacib sayıb, bu prosesin BMT Təhlükəsizlik Şurası formatında aparılmasının effekt verə biləcəyini deyib.

O, Şimali Koreyanı müdafiə edən fərdlərə və təşkilatlara qarşı da güclü sanksiyaların işə salınmasının əhəmiyyətli hesab edib.


Müəllif: Cavad

Oxşar xəbərlər