30 Avqust 2017 10:37
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında “Harvi” qasırğasının qurbanlarının sayı 30-a çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ştatın yerli hakimiyyətinə istinadla “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Yerli hakimiyyətin məlumatına görə, 13 mindən çox insan xilas edilib. Daşqınlar nəticəsində həlak olanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fəlakət zonasına baş çəkərək texaslılara kömək göstəriləcəyinə söz verib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər