2 Sentyabr 2017 13:26
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Barak Obamaya veriləcək maliyyə təminatın miqdarı müəyyən edilib.

Teleqraf.com Vaşinqton Tayms-a istinadla xəbər verir ki, Obama və ailəsinin dolanışığı verği ödəyicilərinin 1,15 milyon dolları hesabına başa gələcək.

Qəzetin məlumatına görə, Obamanın dolanışığına əvvəlki prezidentlərə nisbətən daha çox pul xərclənəcək.

Ata Corc Buşa amerikalılar 942 min, Birləşmiş Ştatların 39-cu prezidenti Cimmi Karterə isə 456 min dollar ödəyib.

Qeyd edək ki, 1950-ci illərdə qəbul edilmiş qanuna əsasən eks-prezidentlər və ailələrinə pensiya və müavinət verilir. Məbləğ hesablananda sabiq liderlərinin mühafizəsinin saxlanması nəzərdə tutulmur. Çünki təhlükəsizlik xidməti təxminən onlarla milyon dollara başa gəlir.

Xatırladaq ki, Barak Obama Vaşinqtonda 8 milyon dollara ev alıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər