4 Sentyabr 2017 13:50
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 1 ildə 87 cinayət işini açan türk qadın polisi medianın gündəminə gəlib.

Teleqraf.com xəbər verir ki, söhbət 5 milyon sakini olan İzmir şəhərinin Polis İdarəsinin Asayiş Şöbəsinin rəisi Səda Okurdan gedir. Səda Okur Türkiyə çapında belə bir vəzifədə işləyən yeganə xanımdır. Ötən il Səda Okur İzmirdə 87 cinayət işinin üstünü açıb.

Okurun maraqlı taleyi var. O, səhər saat 08:00-da qızını orta məktəbə qoyur, bundan sonra iş başına keçərək gecə saat 03:00-a qədər işləyir.

Xanım Okur mətbuata deyib ki, onu ən çox təsirləndirən qadın və uşaqların qətli hadisəsidir:

“Məni ən çox təsirləndirən Ceylin Atik və Alpərən Sakinın ölüm hadisəsi idi. Bu hadisələrdən sonra səhərə qədər yata bilmədim. Bu cinayətlərin üstünü açmaq üçün gecə-gündüz dayanmadan çalışdım”.

Daha sonra polis rəisi vurğulayıb ki, 10 yaşlı Ceylinin qatli olan qadın istintaqa danışmırdı:

“Ancaq sayəmizdə həmin qadın səhər saatlarında uşağı necə öldürdüyünü bütün detalları ilə izah etməyə başladı. Biz İzmirdə son 1 ildə 87 cinayət işinin üstünü açmağa nail olduq. Binqo deyilən məxluqu bitirmək məqsədilə xüsusi bir iş həyata keçirməyə nail olduq”.

Qeyd edilir ki, Çanaqqala və Diyarbəkir Polis İdarəsinin sabiq rəisi Orxan Okurun qızı olan Səda Okur əvvəlcə Ankara Universitetinin incəsənət tarixi fakultəsində təhsil alıb, daha sonra Polis Akademiyasına daxil olub. 1998-ci ildə işə İzmirdə komisar olaraq başlayıb. Sonra Şanlıurfada 5 il cinayətkarlığa qarşı mübarizə aparıb. Daha sonra İzmir şəhər polis rəisinin müavini postuna gətirilib.

Əlavə olunur ki, Səlcuq mahalında yoxa çıxdıqdan 9 il sonra öldürüldüyü bəlli olan və cəsədi dəfn edildiyi yerdə 12 saatlıq aparılan araşdırmadan sonra 56 yaşlı Ümmü Özkan cinayəti də Səda Okurun qurduğu xüsusi qrup sayəsində müəyyən edilib.


Müəllif: Cavad