BMT Təhlükəsizlik Şurası yaxın müddətdə ABŞ-ın Şimali Koreya üzrə quruma təqdim etdiyi qətnamə layihəsini səsverməyə çıxaracaq .
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.
Layihəyə bir həftə ərzində baxılacaq.
Bu gün ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilib.
Qeyd edək ki, iki gün əvvəl Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.