“Ukrayna Rusiya qazı olmadan yaşamaq qabiliyyətini dünyaya sübut etdi”.
Teleqraf.com UNİAN agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Petro Poroşenko deyib.
“Dövlətimizin energetika müstəqilliyi təmin edilib. 2016-cı ildə Rusiya qazı olmadan yaşamaq barədə yalnız danışırdıq, bu gün isə bütün dünyaya sübut etdik ki, Rusiya qazı olmadan yaşaya bilərik. Və qaz siyasi ilgək olmaqdan çıxdı və adi məhsul olmağa başladı”, - Poroşenko bildirib.
O, söyləyib ki, Ukraynanın energetika təhlükəsizliyinin təmin olunması haqqında ABŞ prezidenti Donald Trampla razılaşmaya uyğun olaraq dünən kömürlə yüklü ilk Amerika gəmisi Ukraynaya gəlib. (Publika.az)