15 Sentyabr 2017 13:52
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq Şimali Koreyanın gecə saatlarında həyata keçirdiyi ballistik raket sınağına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, fikirlərini şəxsi Tvitter hesabından paylaşıb:

“Şimali Koreya bununla BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Tutarlı cavab verilməsi vacibdir”.

Qeyd edək ki, Şimali Koreyanın buraxdığı raket Yaponiya üzərindən keçərək, Hokkaydo adası yaxınlığında okeana düşüb.


Müəllif: Samir

Oxşar xəbərlər