20 Sentyabr 2017 19:46
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkəsinin mümkün bir addım - İranla nüvə sazişindən imtina etmək məsələsi ilə bağlı qərar qəbul etdiyini bildirib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Tramp məhz hansı qərarı qəbul etdiyini açıqlamayıb.

O, sadəcə, jurnalistlərin bu məsələ ilə bağlı sualını cavablandırarkən, "Mən qərar qəbul etdim" deyib.

Qeyd edək ki, İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya və Aİ arasında 2015-ci il iyulun 14-də Vyanada İranın nüvə proqramı üzrə Uzunmüddətli Birgə Fəaliyyət Planı imzalanıb. Bu saziş qlobal güclərin maraqlarının toqquşduğu mühüm bir məsələ ilə bağlı tarixi nailiyyət kimi dəyərləndirilirdi.


Müəllif: Nahid

Oxşar xəbərlər