21 Sentyabr 2017 10:20
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Flippin Prezidenti Rodriqo Dutertenin oğlu Paolo haqqında istintaq başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ona qarşı Çin mafiyası ilə əlaqə, eləcə də narkotik maddələrin satışı maddəsi ilə ittiham irəli sürülüb.

42 yaşlı Paolonun saxlanılmasından sonra Rodriqo Duterte jurnalistlər qarşısına çıxıb. Prezident bildirib ki, oğlunun günahı sübuta yetirilsə, onu öldürəcək:

“Mən bildirmişdim ki, əgər övladınızın narkotiklə əlaqəsi varsa, onu öldürün. Sözümün üzərində duracam. Əgər Paolonun günahı sübuta yetirilsə, onu öldürəcəm”.


Müəllif: Samir

Oxşar xəbərlər