Rusiya Suriyanın İdlibə raket zərbələri endirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı “Əl-Qaidə” terrorçularının nəzarətində olan bölgələr hədəf seçilib.
Qeyd edək ki, sentyabrın 14-15-də Astanada Türkiyə, Rusiya və İran İdlib razılaşması imzalayıblar. Razılaşmaya əsasən, İdlibdə təhlükəsizlik zonası yaradılmalıdır.