Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Meksika meri Migel Anhel jurnalistlərə bildirib ki, bu gün dağıntılar altından daha 5 nəfərin cəsədi tapılıb. Bununla da paytaxtda ölənlərin sayı 155-ə yüksəlib. Ölənlərdən 99-u qadın, 54-ü kişi, 26-sı isə uşaqlardır.
Bundan əvvəl ölənlərin sayının 286 nəfər olduğu açıqlanmışdı.
Bu günə qədər dağıntılar altından 69 nəfər sağ çıxarılıb, 48 nəfər hazırda xəstəxanadadır, onlardan 4-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, sentyabrın 20-də Meksikada 7,1 gücündə zəlzələ baş verib.