Bu gün zəlzələ ilə əlaqədar həyəcan siqnalı yenidən meksikalıları səhər tezdən evdən küçələrə axışmağa məcbur edib.
Teleqraf.com-un xəbərinə görə, bu dəfə Meksikanın Oaxaka ştatında 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytakxt Meksikada da hiss olunub. İtki və dağıntılar barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, sentyabrın 19-da Meksikada 7,1 gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 44 bina tamamilə dağılıb, 295 nəfər həlak olub.