Ərzincan vilayətinin Koçkar kəndinin yaxınlığında itburnu toplamaq üçün evini tərk edən 65 yaşlı Hüseyn Avni Dəligöz ayı hücumuna məruz qalıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yaralanan Hüseyn Avnini təcili yardımla xəstəxanaya çatdırıblar.
Hüseyn Avni hadisə barədə danaışanda bildirib ki, ayı ona qəfil hücüm edib:"Mən meşədə itburnu yığmaq istəyirdim. Qəfil arxadan ayının hücum etdiyini gördüm. Əlimi bir təhər ağzından çəkib qurtardım. Bir xeyli güləşdik.
Ayının yanında balası vardı. Elə bilirdi ki, balasını öldürəcəm. Balasına təhlükə olmadığını görəndə məni buraxıb getdi”.