İspaniyanın “Kantabria” döyüş gəmisi İtaliya sularında qanunsuz miqrasiya ilə məşğul olan bir neçə gəmini saxlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gəmilərdən ümumilikdə 375 miqrant xilas edilib. Baxış zamanı gəmilərdə təcavüz uğramış, daha sonra isə öldürülmüş 26 gənc qızın cəsədi də aşkar edilib.
Olayla bağlı bir liviyalı və bir misirli saxlanılıb.