7 Noyabr 2017 16:03
2 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin korteji yoldan keçərkən Donald Trampı əl işarəsi ilə təhqir edən xanım işdən qovulub.

Teleqraf.com-un məlumatına görə, hadisə oktyabrın 28-də Virciniya ştatında baş verib.

Kortejin keçdiyi sırada velosiped sürən Juli Braskman adlı bir qadın Trampa təhqiramiz əl işarəsi edib. Artıq bu foto neçə gündür ABŞ-da ciddi müzakirəyə səbəb olub.

Fotonu Juli Braskman sosial mediada özü paylaşıb. Bundan sonra xanım işlədiyi şirkətdən qovulub.

Briskman mediaya açıqlamasında deyib ki, şirkətdə fotonun özünün olduğunu deyib, bundan bir gün sonra işdən azad olunub. Əvvəlcə ondan tələb edilib ki, fotonu sosial media səhifəsindən silsin. Qadın bundan imtina edib, şirkət rəhbərliyinə bildirib ki, foto iş saatlarında çəkilməyib, üstəlik, fotoda şirkətlə bağlı hər hansı bir söz yazılmayıb.

İşini itirməkdən peşman olduğunu deyən Brismark əlavə edib ki, əhvalı yaxşıdır: “Sadəcə ölkəmizin getdiyi istiqamətə görə qəzəbliyəm. Velosipedlə prezident kortejinin yanından keçməyim prezidentə bəzi şeyləri çatdırmağım üçün bir fürsəti idi. Mən də bu fürsətdən yararlandım”.


Müəllif: Cavad

Oxşar xəbərlər