12 Noyabr 2017 12:20
2 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkükdən İrana gündə 30-60 min barel neft satılacaq.

Teleqraf.com xəbər verir ki, Bağdad və Tehran arasında gündə 30-60 min barrel neft satışını nəzərdə tutan razılaşma imzalanıb.

İraqın neft naziri Cabbar Luaybi bu xəbəri təsdiqləyib. Nazir deyib ki, tərəflər arasında boru xətti çəkildikdən sonra İrana satılan neftin həcmi artırılacaq.

Razılaşmaya əsasən Kərkük nefti iki ölkə arasında sərhəddə – Kirmanşah kəndi yaxınlığında məntəqəyə daşınacaq. İran nefti bu məntəqədən nefti alacaq.

İraqın neft naziri Cabbar Luaybi bildirib ki, Bağdad hökuməti Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Suriya ilə də neft və strateji layihələr həyata keçirməyi hədəfləyir.


Müəllif: Cavad

Oxşar xəbərlər