ABŞ-da həbs olunmuş iş adamı Rza Zərrabın saxlandığı yerlə bağlı açıqlama verilib.
Teleqraf.com-un məlumatına görə, Nyu York prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, Zərrab federal həbsxanada saxlanılır.
Ötən gün Rza Zərrabın vəkili Şeyda Yıldırım müdafiə etdiyi şəxsdən 5 gündür xəbərsiz olduğunu bildirib. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı bu ölkəyə nota verib.