24 Noyabr 2017 10:26
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının korrupsiya ittihamı ilə həbs edilən və aralarında 11 şahzadənin də olduğu şəxslər məsələni məhkəməyə qədər həll etmək qərarına gəliblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı vəliəhd şahzadə Məhəmməd ibn Salman əl Səud məlumat verib.

Vəliəhd eyni zamanda bildirib ki, saxlanılan şəxslərin 95 faizi ittihamı qəbul edib, 1 faizi günahsızlığını etiraf edib, qalan 4 faizi isə hələ də ittihamdan boyun qaçırır: “Etirafçılar ər-Riyada oğurladıqlarının bir hissəsini, daha dəqiqi, 100 milyard dollar ödəyiblər. Ölkəmiz 1980-cı ildən bəri korrupsiyadan çox əziyyət çəkib. Bu araşdırmamızı davam etdirəcəyik”.

Qeyd edək ki, noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu 38 nəfər korrupsiya ittihamı ilə həbs edilib.


Müəllif: Samir

Oxşar xəbərlər