Kubanın 8 milyondan artıq sakini bu gün seçkilərin birinci mərhələsinə qatılacaq.
Teleqraf.com TASS-a istinadən bildirir ki, ölkə vətəndaşları Kuba İnqilanın rəhbəri Fidel Kastronun ölümündən sonra ilk dəfə seçkiyə qatılavaqlar.
Adanın sakinləri yerli bələdiyyə orqanlarının üzvlərini seçəcəklər. Sonrakı mərhələdə isə əyalət və milli assamleyanın deputatları seçiləcək.