26 Noyabr 2017 10:43
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın sabiq dövlət naziri Fred Teeven bundan sonra bələdiyyə avtobusunun sürücüsü olacaq.

Teleqraf.com xəbər verir ki, sabiq nazir hələ uşaq yaşlarında olarkən beynəlxalq yollarda yük avtomobli sürücüsü olmağı arzu etdiyini deyib. Bundan sonra nazir Connexxion Şirkətinin sürücüsü kimi işləyəcək. Nazir deyib ki, şirkətin sürücülü axtarması haqda elanını gördükdən sonra onlara müraciət edib. Onu sürücü kimi işə qəbul ediblər. Ancaq Fred Teeven arzuladığı kimi beynəlxalq yollarda yük maşını deyil, bələdiyyə avtobusunun sürücüsü işləyəcək.

Connexxion Şirkətinin sözçüsü deyib ki, keçmiş nazir yeni işi ilə bağlı təhsil kursunda yaxşı nəticələr göstərib, ancaq onun sürücülük təlimi bir neçə həftə davam edəcək. Kursu bitirdikdən sonra sabiq nazir Hollandiyanın şərqindəki Arnhem qəsəbəsində sərnişinləri avtobusla daşımağa başlayacaq. Sabiq nazirinin həftədə 1,5 gün işləyəcəyi qeyd olunur.

Xatırladaq ki, prokuror işlədiyi müddətdə həbsxanada bir narkotik qaçaqmalçısından rüşvət aldığı iddiası ortaya çıxdıqdan sonra Hollandiya hökumətinin dövlət naziri postunu tutan Fred Teevem istefa vermişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər